Ermənilər kütləvi halda çeçenlərə hücum etdi

Ermənilər kütləvi halda çeçenlərə hücum etdi

Rusiyanın Krasnodar vilayətində ermənilərlə çeçenlər arasında dava olub.

Olaylar.az  xəbər verir ki, bu məlumatı Qroznı şəhər merinin birinci müavini İsa Hacımuradov paylaşıb. Onun sözlərinə görə, insident Vodniki qəsəbəsində qeydə alınıb.

Konfliktin başlanmasına səbəb mağazadan çıxan çeçenlərə ermənilərin yaxınlaşıb, onları provokasiyaya çəkməsi olub.

Hacımuradovun sözlərinə görə, ermənilər çeçenlərlə yanlışlıqla dalaşdıqlarını etiraf ediblər. Onlar erməni qızına sataşan dağıstanlıları axtardıqlarını, əvəzində isə çeçenlərə rast gəldiklərini bildiriblər.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31