"Atasına ölüm tələsi qurduğuna" görə 50 min tələb edir

"Atasına ölüm tələsi qurduğuna" görə 50 min tələb edir

Aktrisa Hande Doğandemir "atasına ölüm tələsi qurdu" başlığıyla verilən xəbərdə şəklindən istifadə edən televiziya kanalını məhkəməyə verərək, 50 min lirə təzminat tələb edib.

Olaylar.az  bildirir ki, sözügedən xəbərdə "cinayətdə təqsirləndirilən gənclər" adı altında Handenin və aktyor Kerem Bursinin birgə fotosu yayımlanıb.

Ərizədə xəbərin tamamilə əsassız olduğu və şikayətçinin şəxsiyyətinə toxunulduğu üçün 50 min lirəlik mənəvi təzminatın qanuni faiziylə birlikdə ödənilməsi tələb olunub.

axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31