Şəhid diplomat Ankarada dəfn olunub

Şəhid diplomat Ankarada dəfn olunub

Türkiyənin İraqın Ərbil şəhərindəki Baş konsulluğunda xidmət edən 38 yaşlı şəhid diplomat Osman Köse Ankarada dəfn olunub. Olaylar.az  xəbər verir ki, cənazə namazında və dəfində nazirlər, Türkiyə hökumətinin vəzifəli şəxsləri, generallar, deputatları, siyasi partiya rəhbərləri, ölkə ictimaiyyətinin görkəmli şəxsləri iştirak ediblər.

Qeyd edək ki, Osman Köse iyulun 17-də Ərbildə yemək vaxtı silahlı şəxslər tərəfindən qətlə yetirilib. İlkin məlumatda görə, planlı şəkildə həyata keçirilən qətldə 4 nəfər iştirak edib. İraq hökumətinin açıqlamasına görə, cinayətkarların tapılması üçün əməliyyat-axtarış işləri davam edir.

sia

Türk diplomatın qatili məlum oldu - FOTO

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31