Türkiyədə təbii fəlakət nəticəsində 7 nəfər itkin düşüb
Türkiyədə təbii fəlakət nəticəsində 7 nəfər itkin düşüb
19 İyul 2019 12:44 DünyaTürkiyənin Düzce şəhərinin Cumayeri rayonunda baş vermiş torpaq sürüşməsi və sel nəticəsində yeddi nəfərin itkin düşdüyü ehtimal olunur.Olaylar.az xəbər verir ki, bu barədə Düzce valisi Zülkif Dağlı məlumat verib.
Bildirilib ki, hadisədən zərərçəkən 69 nəfər helikopterlər vasitəsilə xilas olunub. Z.Dağlı Esmahanım kəndində yeddi nəfərin itkin düşməsi barədə məlumatın daxil olduğunu və onların axtarışlarının davam etdiyini bildirib. O, təbii fəlakətin meydana gəldiyi bölgədə təmizləmə işlərinin də aparıldığını qeyd edib.
sia
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31