Kabildə universitet yaxınlığında partlayış olub: ölənlər var

Kabildə universitet yaxınlığında partlayış olub: ölənlər var

Əfqanıstan paytaxtı Kabildə bu gün baş vermiş partlayış nəticəsində azı 6 nəfər ölüb, 26 nəfər yaralanıb.

Olaylar.az  xəbər verir ki, bu barədə "Pajhwok" agentliyi məlumat verib.

Partlayış Kabil Universitetinin yaxınlığında imtahan verməyə hazırlaşan tələbələrin binanın girişində yığışdığı zaman baş verib.

1TV telekanalının məlumatına görə, avtomobilə bərkidilmiş partlayıcı qurğu işə salınıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

report

Avstriyada təyyarə QƏZASI - Ölənlər var

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31