ABŞ ordusu İrana məxsus PUA-nı vurub

ABŞ ordusu İrana məxsus PUA-nı vurub

ABŞ donanmasının heyəti İranın Pilotsuz Uçan Aparatına (PUA) atəş açıb.

Olaylar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.

Dövlət başçısının sözlərinə görə, ABŞ dənizçiləri gəmiyə yaxınlaşan İrana məxsus pilotsuz aparatı özlərini müdafiə etmək məqsədilə vurub.

Trampın sözlərinə görə, atəş nəticəsində PUA dərhal sıradan çıxarılıb.

APA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31