Rusiya xüsusi təyinatlıları döyüşə girdi – İlk dəfə

Rusiya xüsusi təyinatlıları döyüşə girdi – İlk dəfə

Rusiya xüsusi təyinatlı qüvvələri və Suriyanın hökumət qüvvələri Həma şəhərində yerləşən Humaymat strateji yüksəkliyini ələ keçirməyə cəhd edirlər.

Olaylar.az  xəbər verir ki, bu məlumatı "Amerikanın səsi" radiosu Suriya müxalifətinin komandirlərinə istinadən yayıb. Məlumata görə, rusiyalı hərbçilərdən əvvəllər daha çox tank əleyhinə raketlərin və snayperlərin atışı üçün istifadə edilib. Bu dəfə isə Moskva ilk dəfə özünün yerüstü qüvvələrini bu istiqamətdə gedən döyüşlərə göndərib.

Türkiyənin dəstəklədiyi Milli Azadlıq Cəbhəsi qruplaşmasının nümayəndəsi olan Naci Mustafa artıq Rusiya xüsusi təyinatlılarının döyüşə birbaşa müdaxilə etdiyini bildirib:

"Əsəd qoşunları hücum həyata keçirə bilməyəndə Rusiya özü döyüşlərə birbaşa müdaxilə etdi. Rusiya təkcə düşündüklərini reallaşdıra bilmədi, o, həm də məğlubiyyətə düçar oldu".

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31