Qadın ərinin cinsi orqanını kəsdi - SƏBƏB...
Qadın ərinin cinsi orqanını kəsdi -SƏBƏB...
18 İyul 2019 16:30 DünyaQadın ərinin cinsi orqanını kəsdi.
Olaylar.az xəbər verir ki, hadisə ABŞ-ın Georgiya əyalətində baş verib.
Belə ki, eyni evdə yaşayan 30 yaşındakı qadınla 43 yaşlı ər arasında dava düşüb. Həyat yoldaşının evdə olmaması səbəbiylə ondan ayrılmaq istəyən kişi xanımı tərəfindən gözlənilməz hücuma məruz qalıb. Ərindən ayrılmaq istəməyən qadın ərinin cinsi orqanına bir neçə bıçaq zərbəsi endirərək onu yaralayıb. Qan içində olan kişi polisə və təcili tibbi yarımda zəng vurub.
Hadisə yerinə gələn polis özündən getmək üzrə olan adamı dərhal xəstəxanaya çatdırıb. Xəstəxanada yaşadıqlarını polisə anladan adam xanımından ayrılmaq istədiyi üçün hücuma məruz qaldığını bildirib:
"Ayrılmaq istədim, ancaq bunu qəbul etmədi. O, məni qucaqladı və güclə özümü onun əlindən xilas edə bildim. Həmin vaxt hiss etdim ki, cinsi orqanıma bıçaq zərbələri endirdi. Bir anda qan içində oldum".
Hadisədən sonra yoxa çıxan qadın bir müddət sonra tapılaraq məsuliyyətə cəlb olunub.
moderator.az