“Baş nazirin oğlu əxlaqsız və parazitdir...”- keçmiş müdafiə naziri sərt danışdı...

“Baş nazirin oğlu əxlaqsız və parazitdir...”- keçmiş müdafiə naziri sərt danışdı...

İyulun 17-də keçirdiyi mətbuat konfransında "Demokratik İsrail" Partiyasının lideri, keçmiş hökumət başçısı və müdafiə naziri Ehud Barak yalnız  hazırkı İsrail baş naziri Binyamin Netanyahuya deyil, onun ailə üzvlərinə qarşı da amansız  hücum edib. 

"Netanyahunun himayəsi altında oğlu Yair kimi  bir əxlaqsız və provakatorun dövlət hesabına mühafizədən həzz alması, onun "Şabak"ın(İsrailin ümumi təhlükəsizlik xidməti-S.L.)  müdafiəsi altında parazitar həyat  sürməsi - sadəcə, biabırçılıqdır.   Netanyahuya arxalanaraq   yüksək səviyyəli bir nazirin himayəsi altında  serial pedofillərin himayə olunması - rüsvayçılıqdır"- E.Barak  belə deyib.

moderator

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31