ABŞ senatoru FTB-nin insanları virtual qocaldan "FaceApp" proqramını yoxlamağa çağırdı

ABŞ senatoru FTB-nin insanları virtual qocaldan "FaceApp" proqramını yoxlamağa çağırdı

ABŞ senatoru Çak Şumer (Demokrat partiyası, Nyu-York ştatı) FTB və Federal Ticarət Komissiyasını internetdə istifadəçilərin fotolarını "qocaldan" Rusiya mənşəli "FaceApp" proqramı il bağlı mili təhlükəsizliyə təhdid yaranıb-yaranmadığını araşdırmağa çağırıb.

Çak Şumerin partiyası da onunla eyni mövqeni paylaşıb.

CNN-in verdiyi xəbərə görə, Demokrat partiyasının Milli Komitəsi 2020-ci il seçkilərində iştirak edəcək namizədlərə təhlükəsizlik baxımdan həmin proqrama aludə olmamağa çağırıb.

"Bu innnovasion proqram yuzerlər (isitfadəçilər) üçün ciddi risklər daşıyır. Nəzərə alaq ki, "FaceApp" ruslar tərəfindən hazırlanıb",-deyə Komitənin təhlükəsizlik xidmətinin rəhbəri Bob Lord bildirib.

Çak Şumer isə fotolaırn redaktəsi zamanı istifadəçilərdən bütün şəxsi məlumat və digər fotoşəkillərə çıxış əldə olunması barədə edilən tələblərə diqqət çəkib.

Onun fikrincə, bu milyonlarla vətəndaşın konfidensiallıq hüquqlarını pozur və dövlətin təhlükəsizliyinə təhdid törədir.
Şumer dövlət orqanlarına yazıdğı məktubu Tvitterdəki hesabına da yerləşdirib.

Amerikalı senator "FaceApp"ın Rusiyada yerləşməsi məsələsinin problem olduğunu düşünənlərdədnir. Onun sözlərinə görə, şirkət ABŞ vətəndaşları haqqında bütün məlumatları 3-cü dövlətlərə ötürə bilər.

Hadisələrin mərkəzində duran "Wireless Lab "şirkəti isə istifadəçilərin 99%-nin ümumiyyətlə sistemə girmədiyini və bu səbəbdən onların əlinə həmin şəxlsə bağlı gizli informaisyaların keçmədiyini bəyan edib.

"TechCrunch" saytının verdiyi xəbərə görə, şirkət şəkillərin əksəriyyətini yükləndikdən və "qocalıq redaktəsi"ndən sonra serverlərdən silindiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31