Yaponiyada güclü yanğın: ölən və yaralananlar var
Yaponiyada güclü yanğın: ölən və yaralananlar var
18 İyul 2019 11:03 DünyaYaponiyanın Kioto şəhərində yerləşən anime studiyasında yanğın törədilib.
Olaylar.az xəbər verir ki, hadisə nəticəsində 1 nəfər həlak olub, azı 38 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar xəstəxanalara yerləşdiriliblər.
Bildirilir ki, xəsarət alanlardan 10-nun vəziyyəti ağırdır.
İlkin məlumata əsasən, polislər hadisə yerində əlində benzin və ya kerosinlə dolu kanistr olan 41 yaşlı kişini saxlayıblar.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31