Volodin təklif etdi: Rusiya idarəetməni dəyişir?
Volodin təklif etdi: Rusiya idarəetməni dəyişir?
17 İyul 2019 17:28 DünyaRusiya Dumasının spikeri Vyaçeslav Volodin yenidən ölkə Konstitusiyasının dəyişdirilərək, parlamentin səlahiyyətlərinin artırılmasını təklif edib.
Olaylar.az xəbər verir ki, Volodinin məqaləsi Dumanın rəsmi qəzetində yerləşdirilib. O, məqaləsində Dumanın hökumətin formalaşdırılmasında birbaşa iştirak etməsini təklif edib.
Qeyd edək ki, bundan öncə "Blumberq" agentliyi Kremlin Konstitusiya dəyişikliyini nəzərdən keçirdiyi haqqında məlumat yayıb. Kremlin planına əsasən, Putinin idarəçiliyi əlində saxlaması üçün Dumanın səlahiyyətləri artırılmalı, prezidentin səlahiyyətləri azaldılmalıdır.
Volodin aprel ayında da analoji təkliflə çıxış etmişdi. O, deputatların Nazirlər Kabinetinə təsir üçün səlahiyyətlərinin olmadığını demişdi.
axar