Türkiyəli diplomatlara dəhşətli hücum, ölü və yaralılar var - FOTO (YENİLƏNDİ)

Türkiyəli diplomatlara dəhşətli hücum, ölü və yaralılar var - FOTO (YENİLƏNDİ)

Anadolu Agentliyinin məlumatına görə, hadisə zamanı 1 türk diplomat şəhid olub. Ölən digər 2 nəfər isə İraq vətəndaşıdır.

Agentliyin müxbirinin hadisə yerindən verdiyi xəbərə görə, "Huqqabaz" restoranına təşkil edilən hücumun hədəfində türkiyəli diplomatlar olub.

Onlar nahar etdikləri əsnada içəri mülki geyimli və iki silahı olan terrorçu daxil olub və birbaşa diplomatlara atəş açıb.

Nəticədə 1 türk diplomatı ölüb.

Ərbilin polis rəisi Əbdülaxliq Tələt hadisə ilə bağlı istintaq işinin açıldığını, detallı açıqlamanın veriləcəyini deyib.

Şəhərin digər şəhərlərə gedən bütün yolları istifadəyə bağlanıb.

Hadisə şahidləri iddia edir ki, hücumda istifadə edilən silahlarda səsboğucu olub.

Terror hücumunun arxasında PKK-nın olduğu ehtimal edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31