Robert Koçaryanı zaminə buraxan hakimin kabinetində axtarış aparıldı
Robert Koçaryanı zaminə buraxan hakimin kabinetində axtarış aparıldı
17 İyul 2019 16:34 DünyaErmənistanın keçmiş prezidenti Robert Koçaryanı zaminə buraxan məhkəmənin hakimi David Qriqoryanın kabinetində axtarış aparılıb və qapısı möhürlənib.
Ermənistan Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Ohancanyan məlumatı təsdiqləyib.
O, məsələ ilə bağlı əlavə məlumat vermədən deyib: "Axtarış bizim nəzarətimizdə olan iş çərçivəsində aparılıb".
Qeyd edək ki, mayın 20-də Yerevan məhkəməsinin hakimi David Qriqoryan Koçaryanın zaminə buraxılması barədə qərar qəbul etmişdi. İyunun 25-də isə Apelyasiya Məhkəməsi Qriqoryanın qərarını ləğv edərək keçmiş prezidenti yenidən həbs edib./report/
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31