Prezident aeroport direktoru ilə “atışdı” - QALMAQAL
Prezident aeroport direktoru ilə “atışdı” - QALMAQAL
17 İyul 2019 16:23 DünyaUkrayna prezidenti Vladimir Zelenski daha bir qalmaqalla gündəmə gəlib.
O, Nikolayev şəhərinə səfəri zamanı aeroportun direktoru Fedor Barna ilə "atışıb".
Olaylar.az bildirir ki, mübahisə aeroportda yeni terminalın tikintisinin müzakirəsi zamanı başlayıb. Daha dəqiqi, tikintiyə sərf ediləcək vəsait və zaman barədə müzakirə aparılıb.
"Siz bizə kömək etmək istəyirsiniz, yoxsa burda hər şeyi biz tikək?",- deyə Barna prezidentdən soruğub. Zelenski bu sualı gözləmədiyindən əsəbləşib. "Kimi hamını? Özünüz aydınlaşdırın, getdik",- deyə prezident cavabında bildirib.
Bundan sonra direktor sözlərinə görə prezidentdən üzr istəyib. Bildirib ki, sadəcə prezidenti aeroportda görəndə ondan kömək istəmək qərarına gəlib. Ancaq bundan sonra diskussiya yüksələn tonla davam edib.
Cebhe.info