Portuqaliya İran vətəndaşlarına viza verilməsini dayandırıb
Portuqaliya İran vətəndaşlarına viza verilməsini dayandırıb
17 İyul 2019 15:57 DünyaPortuqaliyanın Tehrandakı konsulluğu İran vətəndaşlarına viza verilməsini dayandırıb.
Olaylar.az bildirir ki, bu barədə Portuqaliyanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Viza verilməsinin dayandırılmasına səbəb kimi, konsulluqda tikinti işlərinin aparılması göstərilib.
Portuqaliya XİN-dən bildirilib ki, tikinti işlərinin aparılmasının məqsədi binada təhlükəsizlik tədbirlərini gücləndirməkdir və bu məsələdə heç bir siyasi motiv yoxdur.
apa
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31