Poroşenko sorğuya getməkdən imtina etdi
Poroşenko sorğuya getməkdən imtina etdi
17 İyul 2019 15:46 DünyaUkraynanın sabiq Prezidenti Petro Poroşenko Dövlət İstintaq Bürosu tərəfindən bu gün çağırıldığı sorğuya getməyəcək.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə onun vəkili məlumat verib.
Vəkilin sözlərinə görə, Poroşenko yalnız 21 iyulda keçiriləcək erkən parlament seçkilərindən sonra sorğuda iştirak edə bilər.
Qeyd edək ki, hazırda büro Poroşenkonun dövlətə xəyanət də daxil olmaqla fiqurantı olduğu 8 cinayət hadisəsi ilə bağlı araşdırma aparır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31