“S-400" hava müdafiə sistemlərini istehsal edən azərbaycanlıdır - Foto

Dünyanı vəlvələyə salan "S-400" hava müdafiə sistemlərini istehsal edənin Azərbaycan vətəndaşı olduğu ortaya çıxıb.

Dünyanı vəlvələyə salan "S-400" hava müdafiə sistemlərini istehsal edənin Azərbaycan vətəndaşı olduğu ortaya çıxıb.

Olaylar.az bildirir ki, bu barədə "Haber 7" məlumat verib.

Həmin şəxs Rusiyanın ən gizli sənaye təşkilatı olan "Almaz-Antey" elm və araşdırma şirkətinin keçmiş rəhbəri, "S-300 Favorit" və "S-400 Triumph" raket əleyhinə müdafiə sistemlərini istehsal edən İqor Aşurbəylidir.

Rusiya Araşdırmaları İnstitutu da faktı təsdiqləyib və məsələ ilə bağlı sosial şəbəkədə paylaşım edilib.

Hazırda Rusiya Hava Hücumundan Müdafiə Sistemləri Konserninin İdarədənkənar Ekspert Şurasının həmsədri, Socium Holdinq İdarə Heyətinin prezidenti olan, texnika elmləri doktoru İqor Aşurbəyli eyni zamanda kosmos dövləti olmaq hədəfi ilə yaradılan Asqardia Krallığının ilk dövlət başçısı kimi tarixə adını yazdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31