Tonoyan ABŞ səfiri ilə görüşdü

Tonoyan ABŞ səfiri ilə görüşdü

Ermənistanın Müdafiə naziri David Tonoyan ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi ilə görüşüb.

Olaylar.az xəbər verir ki, bu məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. Görüş zamanı Ermənistan-ABŞ arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlıq müzakirə edilib.

Qeyd edək ki, son günlər ABŞ rəsmiləri ilə Ermənistan nümayəndələrinin görüşü sıxlaşdırılıb. Belə ki, bu günlərdə Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan, Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan Vaşinqtona səfər edib. Ayın 18-də isə Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın ABŞ-a gedəcəyi gözlənilir.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31