Xamenei: “İngiltərə dəniz quldurudur”

Xamenei: “İngiltərə dəniz quldurudur”

İranın Ali dini lideri Ayətullah Əli Xamenei Böyük Britaniyanı "dəniz qulduru" adlandırıb.

Olaylar.az xarici mediaya istinadən bildirir ki, ölkənin imam-cümələri ilə bu gün keçirilən görüşdə Xameneinin sözlərinə görə, Avropa dövlətləri 2015-ci ilin nüvə sazişindən irəli gələn 11 öhdəliyi yerinə yetirməyiblər.

"Bu gözlənilməz gözləntilər arasında Britaniya gəmimizi oğurlayaraq dəniz quldurluğu edir. Onlar cinayətlərinə hüquqi don geyindirirlər", - deyə      İranın   Ali dini lideri əlavə edib

Ayətullah Əli Xamenei onu da vurğulayıb ki, İran İslam Respublikası neft tankerinin saxlanılmasını cavabsız qoymayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31