Conni Kleq vəfat etdi

Conni Kleq vəfat etdi

Cənubi Afrika əsilli ingilis musiqiçi-bəstəkar Conni Kleq 66 yaşında dünyasını dəyişib.

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, 2015-ci ildə tutulduğu mədəaltı vəzin (pankreas) xərçəngi nəticəsində vəfat edib.

Kleq ağır xəstəliklə mübarizə aparsa da, konsertlər verməkdən, qastrol səfərlərinə getməkdən imtina etməyib.

Qeyd edək ki, Conni Kleq 1993-cü ildə "Qremmi"nin "Ən yaxşı albom" nominasiyası üzrə mükafatlandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31