Bu avtomobil modeli benzin və dizel mühərriklərindən imtina edir

Bu avtomobil modeli benzin və dizel mühərriklərindən imtina edir

Yığcam şəhər avtomobilləri istehsalçısı olan Mini şirkəti yaxın 10 il ərzində benzin, dizel və hətta hibrid güc aqreqatlarından imtina etməyi planlaşdırır.

Olaylar.az xarici mediaya istinadən bildirir ki,  Britaniya markası bütün avtomobillərini elektrik ötürməsinə keçirmək fikrindədir.

"Auto Express" nəşrinə müsahibə verən Mini şirkətinin icraçı direktoru Piter Şvarzenbauer elektrik ötürməsinə tam keçilməsinin 2030-cu ildən sonra baş verəcəyini də bildirib.

Xatırladaq ki, 2040-cı ildə Böyük Britaniyada benzin və dizel mühərriki ilə təchiz edilmiş nəqliyyat vasitələrinin satışı qadağan ediləcəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31