“Gizli sənəd” yayıldı: Türkiyədə nüvə başlıqları var
“Gizli sənəd” yayıldı: Türkiyədə nüvə başlıqları var
17 İyul 2019 11:24 DünyaABŞ Avropanın 5 ölkəsində 150 nüvə başlığı və bombası saxlayır. Bunlardan 50-si Türkiyədə - Adanada yerləşən İncirlik hərbi bazasındadır.
Olaylar.az xəbər verir ki, bu barədə Belçikanın HLN nəşrinin ABŞ-ın NATO ölkələrindəki nüvə arsenalına dair paylaşdığı "gizli sənəd"də deyilib.
Nəşrin məlumatına görə, İncirlik bazasında 50 ədəd yenilənmiş B61-12 tipli nüvə başlığı saxlanılır (bu başlıqlardan biri Xirosimaya atılandan beşqat güclüdür).
NATO hesabatlarına görə, ABŞ bu ölkələrdə nüvə başlıqları saxlayır:
* Belçika - Kleyn Brogel aviabazası,
* Almaniya - Büşel bazası,
* İtaliya - Aviano və Gedi-Torre bazaları,
* Hollandiya - Volkel aviabazası,
* Türkiyə - İncirlik aviabazası.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31