Supermarketdə qutudan yuyucu toz əvəzinə kokain çıxdı – FOTO
Supermarketdə qutudan yuyucu toz əvəzinə kokain çıxdı – FOTO
17 İyul 2019 10:54 DünyaBraziliyada maraqlı hadisə baş verib.
Olaylar.az xəbər verir ki, supermarketlərin birində yuyucu toz əvəzinə narkotik vasitə satırmışlar.
Hadisə San-Pauluda qeydə alınıb. Polis görüb ki, supermarketə girən insanlar qısa zamanda eyni yuyucu tozdan qutu-qutu daşıyırlar.
Aparılan axtarış əməliyyatı nəticəsində 50 kiloqram narkotik vasitə olan kokain aşkarlanıb.
İlkin ehtimala görə, market sahibi narkotik vasitələrin alverilə məşğul olurmuş.
Yuyucu tozların qutusunda gətirdiyi kokainlər də səhvən piştaxtalara qoyulub.
BAKU.WS

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31