Ukrayna və Rusiya əsirlərlə bağlı razılığa gəldi

"Normand dördlüyü” ölkələri liderlərinin xarici siyasət üzrə müşavirləri bir ay ərzində Ukrayna və Rusiya arasında hərbi əsirlərin mübadiləsini həyata keçirməklə bağlı razılığa gəliblər. Bu barədə Ukrayna Prezident Administrasiyasının rəhbərinin müavini Vadim Pristayko bildirib.

"Normand dördlüyü" ölkələri liderlərinin xarici siyasət üzrə müşavirləri bir ay ərzində Ukrayna və Rusiya arasında hərbi əsirlərin mübadiləsini həyata keçirməklə bağlı razılığa gəliblər.

Bu barədə Ukrayna Prezident Administrasiyasının rəhbərinin müavini Vadim Pristayko bildirib.

Onun sözlərinə görə, döyüşlərin dayandırılması, Luqansk və öncədən razılaşdırılmış daha iki ərazinin minadan təmizlənməsi ilə də bağlı razılığa gəlinib.

Qeyd edək ki, "Normand dördlüyü" ölkələrinin dövlət başçılarının müşavirlərinin görüşü iyulun 12-də Fransanın paytaxtı Parisdə keçirilib. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31