Bir həftəyə $40 mln. dəyərində qızıl satdılar
Bir həftəyə $40 mln. dəyərində qızıl satdılar
16 İyul 2019 17:34 DünyaVenesuela hökuməti, ABŞ-ın sanksiyalarına rəğmən, ötən həftə 40 mln. dollar dəyərində qızıl satıb.
Olaylar.az bildirir ki, bu barədə "Bloomberg" məlumat verib.
Məlumata görə, Venesuela aprelin əvvəlindən bəri ümumilikdə təxminən 24 ton qızıl satıb ki, nəticədə ölkənin qızıl ehtiyatı 8,1 mlrd. dollar həcminə düşüb.
Venesuela Mərkəzi Bankı iyulun 12-də təxminən 1 ton qızıl satıb. Qeyd olunur ki, rəsmi Karakas bu məsələ ilə bağlı açıqlama verməkdən çəkinib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31