Ermənistanda kütləvi bıçaqlaşmada 8 nəfər xəstəxanalıq oldu
Ermənistanda kütləvi bıçaqlaşmada 8 nəfər xəstəxanalıq oldu
30 İyun 2019 13:03 DünyaErmənistanın Maştosk rayonunda kütləvi bıçaqlaşma olub.
Ermənistan mətbuatı bildirir ki, Davitaşen küçəsi 4 ünvanında baş vermiş dava zamanı 8 nəfər xəsarət alıb. Yaralılar müxtəlif tibb mərkəzlərinə çatdırılıblar.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları kütləvi davada iştirak edənlərin hamısının şəxsiyyətini müəyyənləşdirib.
Hadisənin səbəbləri araşdırılır.
Faktla bağlı cinayət işi qaldırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31