İrkutsk vilayətində daşqınlar - Putin təcili Bratsk şəhərinə getdi
İrkutsk vilayətində daşqınlar - Putin təcili Bratsk şəhərinə getdi
30 İyun 2019 12:55 DünyaPutin şəhər aeroportunda təcili çağırıb
Rusiya prezidenti Vladimir Putin daşqınlar səbəbindən fövqəladə vəziyyətin elan edildiyi İrkutsk vilayətinə yollanıb.
"TASS" agentliyinə istinadən xəbər verilir ki, ölkə lideri Bratsk şəhərində dayanıb.
Bildirilir ki, Putin şəhər aeroportunda təcili iclas çağırıb və burada yerli idarəetmə orqanlarını qəbul edərək öz tapşırıqlarını verib.
Federal qurumların rəhbərləri daşqın bölgələrindəki vəziyyət barədə prezidentə məlumat verib və yaranmış böhranın aradan qaldırılması yollarını müzakirə ediblər. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31