“Sarı jiletlilər” yenidən küçələrdə - həbs olunanlar var
“Sarı jiletlilər” yenidən küçələrdə - həbs olunanlar var
30 İyun 2019 12:46 DünyaFransada "sarı jiletlilər" yenidən etirazlara başlayıblar.
Aksiyanın 33-cü həftəsində etirazçılar müxtəlif şüarlarla ölkə prezidenti Emanuel Makronun istefasını tələb ediblər. Parislə yanaşı Lill, Reyns və Renndə keçirilən nümayişlərdə ümumilikdə 15 mindən çox insanın iştirak etdiyi bildirilir. Polisin bibər qazı və dəyənəklərlə müdaxilə etdiyi aksiyalarda onlarla etirazçı saxlanılıb.
Qeyd edək ki, sarı jilet Fransada hakimiyyət əleyhinə davam edən nümayişlərin rəmzinə çevrilib. Ölkənin iri şəhərlərini əhatə edən nümayişlər "Sarı jiletlilər" hərəkatı adlanır.
teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31