Haftarın adamı Türkiyəni düşmən elan etdi

Haftarın adamı Türkiyəni düşmən elan etdi

Xəlifə Haftarın nəzarətində olan Liviya ordusu Tripolidə Liviya Milli Hökumətinə məxsus pilotsuz uçan aparatı məhv edib .

Olaylar.az xəbər verir ki, bunu Haftarın sözcüsü Əhməd Mismari jurnalistlərə açıqlamasında deyib. O, vurulan PUA-nın Türkiyədə hazırlandığını bildirib.

Mismari bundan sonra Türkiyədən Tripoliyə hər hansı uçuşa izn verilməyəcəyini, Tripoliyə eniş etmək istəyən təyyarələrin düşmən təyyarəsi olan tanınılacağını, eyni şeylərin Liviya limanlarına yan almağa çalışan türk gəmilərinə də aid ediləcəyini bildirib. Haftarın təmsilçisi həmçinin Liviya ordusunun Türkiyənin ölkədəki hərbi varlığını da hədəf alacağını deyib.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31