Dubay hökmdarının xanımı ölkədən qaçdı – 40 milyon dollar da götürüb

Dubay hökmdarının xanımı ölkədən qaçdı – 40 milyon dollar da götürüb

Şeyx Məhəmməd bin Rəşid əl-Maktumun həyat yoldaşlarından biri olan Haya bint əl-Hüseynin ölkədən qaçdığı iddia olunur.

Olaylar.az "milli.az"a istinadən xəbər verir ki, Dubaylı milyarderin xanımı 31 milyon funt-sterlinq (təxminən 40 milyon dollar) götürərək Londona qaçıb.

Ona qaçmaqda kömək edən şəxsin almaniyalı diplomat olduğu deyilir. Təsdiq olunmamış məlumatda bildirilir ki, o, 7 yaşlı oğlu Zayed və 11 yaşlı qızı Əl-Calilanı da özü ilə aparıb.

Qeyd edək ki, Haya bint əl-Hüseyn İordaniya kralı I Hüseynin qızıdır. O, Şeyx Məhəmməd bin Rəşid ilə 2004-cü ilə ailə qurub. Şeyx Məhəmməd bin Rəşid əl-Maktum isə Birləşmiş Ərəb Əmirliklərinin Vitse-Prezidenti və Baş Naziridir. Onun 9 milyard dollarlıq sərvətə sahib olduğu deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31