Dünyada ilk dəfə qazdan benzin alınacaq - Türk ölkəsində
Dünyada ilk dəfə qazdan benzin alınacaq - Türk ölkəsində
29 İyun 2019 15:42 DünyaTürkmənistanın Ovadandepe şəhərində dünyada ilk dəfə təbii qazdan sintetik benzin istehsal edən zavod işə düşüb.
Olaylar.az xəbər verir ki, bu məlumatı Türkmənistanın dövlət agentliyi yayıb. Məlumata görə, burada 600 min ton Avro-5 standartlarına cavab verən benzinin, 12 min ton dizel yanacağının və 115 min ton sıxılmış qazın istehsal edilməsi nəzərdə tutulub.
Müəssisənin tikintisini Türkiyənin "Renesans" və Yaponiyanın "Kavasaki Heavy İndustri" şirkətləri həyata keçirib. Kompleksin tikintisi 1,7 milyard dollara başa gəlib və layihənin maliyyələşməsində Yaponiya tərəfi də iştirak edib.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31