İlk hərbi internet yaradılır – Almaniya və Niderland razılaşdı
İlk hərbi internet yaradılır – Almaniya və Niderland razılaşdı
29 İyun 2019 13:19 DünyaAlmaniya və Niderland tarixdə ilk dəfə hərbi internetin yaradılması məqsədi ilə öz səylərini birləşdiriblər.
İki ölkə arasında bununla bağlı müqaviləni Almaniyanın Müdafiə naziri Ursula fon der Lyayen və Niderland Müdafiə naziri Ank Beyleveld imzalayıb.
Müqaviləyə əsasən, TEN vasitəsilə ilk mərhələdə Almaniyanın D-LBO kommunikasiya proqramı ilə Niderlandın FOXTROT proqramı arasında əlaqə yaradılacaq. Bunun sayəsində iki ölkə öz hərbi şəbəkələrini birləşdirəcək. Yeni şəbəkə "Tactical Edge Netvorkinq" adını alacaq.
Bildirilir ki, bu, NATO üzvlərinin gələcəkdə digər hərbi şəbəkələrini birləşdirmək üçün sınaq variantı olacaq.
Hərbi şəbəkənin yaradılması milyonlarla avroya başa gələcək.
axar