Merkel əsməcələrindən danışdı
Merkel əsməcələrindən danışdı
29 İyun 2019 13:16 DünyaAlmaniya kansleri Angela Merkel bir müddət əvvəl rəsmi mərasimlərdə əsməcə tutmalarını şərh edib.
Jurnalistlərin suallarını cavablandıran kansler hazırda özünü hazırda yaxşı hiss etdiyini bildirib.
"Əminəm ki, bu əsməcələr öz-özünə yarandığı kimi, elə öz-özünə də keçəcək. Hər şey qaydasındadır", - deyə Merkel qeyd edib.
Xatırladaq ki, iyunun 18-də Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdə Merkeli əsməcə tutub. Həmin vaxt kansler bunu halsızlıqla əlaqələndirmişdi.
Daha bir əsməcə tutması ilə bir müddət əvvəl Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə görüşdə baş vermişdi. Görüş zamanı Merkel qəfildən titrəməyə başlamışdı.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31