Dünyanın gözlədiyi görüş başa çatdı - İLK AÇIQLAMALAR
29 İyun 2019 09:46 DünyaTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında G20 Liderler Zirvəsi çərçivəsində görüş başa çatıb.
Publika.az xəbər verir ki, liderlər arasında görüş 35 dəqiqə davam edib.
"Hazırda 75 milyard dollarlıq iqtisadi ticarət həcmi nöqtəsindəki zirvəyə doğru irəliləyiş həmləmiz var. Müdafiə sənayesində atdığımız addımlar, atacağımız addımlar var. Lakin hər şeydən əvvəl strateji əməkdaşlığımız bir çox sahədə dirənişimizi təşviq edir. Bundan sonrakı proseslərdə bu dirənişimizin eyni şəkildə davam edəcəyinə inamım tamdır", - Ərdoğan açıqlamasında deyib.
Qeyd edək ki, görüşdə Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu, maliyyə naziri Berat Albayrak, müdafiə naziri Hulusi Akar, prezidentin müşaviri Fəxrəddin Altun, mətbuat katibi İbrahim Kalın iştirak edib.