Dünyanın gözü bu görüşdə: Trampdan Türkiyə ilə bağlı TARİXİ ETİRAF
29 İyun 2019 09:44 DünyaTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında G20 Liderler Zirvəsi çərçivəsində görüş başlayıb.
Publika.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, görüşdə S-400 Rusiya zenit-raket komplekslərinin Türkiyəyə tədarükü məsələsi müzakirə edilb.
Tramp Barak Obama administrasiyası dönəmində Türkiyənin ABŞ-dan "Patriot" zenit-komplekslərini almaq istədiyini, amma buna icazə verilmədiyini deyib.
"Obama administrasiyası dönəmində Türkiyəyə qarşı ədalətli davranılmadı", - Ağ Evin başçısı deyib.
Amerika lideri S-400 mövzusunun qarışıq bir mövzu olduğunu, fərqli həllərin axtarıldığını və Türkiyəyə qarşı ədalətli olmaq olmaq məcburiyyətində olduqlarını vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31