ABŞ dronunun vurulma anı - İran yaydı/Video

ABŞ dronunun vurulma anı - İran yaydı/Video

İran ordusu Hörmüz boğazı üzərində hədəfə alınan ABŞ-a məxsus pilotsuz uçuş aparatının vurulma anının görüntülərini yayımlayıb.

Görüntülər İran dövlət televiziyasının sosial media hesabında paylaşılıb.

Sözügedən BAMS-D dronu RQ-4A Global Hawk High-Altitude, Long, Endurance (HALE) pilotsuz hava vasitələri sisteminə aiddir. Bu dronlar okean və sahil ərazilərində real-vaxt rejimində kəşfiyyat missiyalarını həyata keçirmək üçün istifadə olunur.

Qeyd edək ki, hadisə iyunun 19-u saat təxminən 23:35-də baş verib.

Görüntüləri təqdim edirik:

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31