İran əcnəbilərin pasportuna möhür vurmayacaq
İran əcnəbilərin pasportuna möhür vurmayacaq
20 İyun 2019 21:39 Dünyaİran ABŞ sanksiyalarına cavab olaraq turist axınını stimullaşdırmaq üçün turistlərin ölkəyə giriş və çıxışı zamanı onların pasportlarına heç bir möhür vurmayacaq.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İran hökumətinin rəsmi nümayəndəsi Əli Rabiyi deyib. O, Prezident Həsən Ruhaninin bu təşəbbüsü dəstəklədiyini bildirib.
Onun sözlərinə görə, bunun sayəsində İrana gəliş faktı turistlərin gələcək həyatlarına heç cür təsir göstərməyəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31