Sezen Aksu mahnısını oğurlayan iki şirkətdən 55 min istəyir
Sezen Aksu mahnısını oğurlayan iki şirkətdən 55 min istəyir
13 İyun 2019 12:21 DünyaTürkiyənin məşhur müğənnisi Sezen Aksu mahnısını icazəsiz istifadə edən "Teknik Yapı Holding A.Ş." və "Teknik Yapı ve Teknik Yapılar Sanayi" şirkətlərini məhkəməyə verib.
Sənətçi "Yeni ve yeni kalanlar" əsərini "Youtube"da yayımlayan şirkətdən 55 min təzminat tələb edib.
"Sözügedən mahnı 5 il əvvəl bir reklam layihəsi üçün yazılıb. Lakin indi haqsız qazanc əldə etmək üçün istifadə olunur. Biz 45 min maddi, 10 min isə mənəvi təzminat tələb edirik", - deyə Sezenin vəkili bildirib.
qafqazinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31