Helsinki özünə “gecə meri” seçəcək
Helsinki özünə “gecə meri” seçəcək
13 İyun 2019 11:02 DünyaFinlandiyanın paytaxtı Helsinkidə gecə həyatı ilə məşğul olan mer seçiləcək.
"Euro-pulse" xəbər verir ki, bu vəzifəyə seçkilər yaxın vaxtda baş tutacaq, onun səlahiyyət müddəti isə 2021-ci ilin axırınadək olacaq.
Sorğu nəticəsində bəlli olub ki Helsinki əhalisi gecələr işləyən sosial obyektlərin azlığından şikayətlənir. Respondentlər hesab edirlər ki, gecə əyləncələri də bir məkanda toplansa daha yaxşı olar - bu gecələr yatan insanları narahat etməz.
Avropada ilk gecə meri 2012-ci ildə Amsterdamda seçilib. Zaman keçdikcə bu yeniliyi dünyanın bir çox iri şəhərləri mənimsəyib - bu London, Paris, San-Fransisko, Sidney və digərləridir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31