Hörümçək ABŞ və Polşa prezidentlərinin mikrofonlarını “birləşdirdi” - VİDEO
Hörümçək ABŞ və Polşa prezidentlərinin mikrofonlarını “birləşdirdi” - VİDEO
13 İyun 2019 10:54 DünyaABŞ və Polşa prezidentləri Donald Tramp və Andjey Dudanın Ağ Evin bağındakı brifinqi zamanı hörümçək onların qarşısındakı mikrofonlar arasında tor hörüb.
Brifinqdən çəkilən kadrlarda Günəş işığı altında parıldayan hörümçək toru diqqətdən yayınmayıb.
Görüşdə D.Tramp tərəflərin Polşaya iki min amerikalı əsgərin göndərilməsi və "Tramp qalası" hərbi bazasının açılışı imkanlarını müzakirə etdiyini bəyan edib.
ABŞ lideri Polşanın 30-dan çox "F-35" qırıcısı almağı planlaşdırdığını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31