Koçaryan Paşinyana qarşı qaldırdığı iddianı geri götürdü
Koçaryan Paşinyana qarşı qaldırdığı iddianı geri götürdü
12 İyun 2019 21:38 DünyaErmənistanın sabiq prezidenti Robert Koçaryanın vəkilləri baş nazir Nikol Paşinyana qarşı qaldırdıqları şərəf və ləyaqətin alçaldıması ilə bağlı ittihamı geri götürüblər.
"Report" TASS-a istinadən xəbər verir ki, vəkillər qarşı tərəfin izahatı ilə razı olduqlarını və iddianın səbəb olduğu N.Paşinyanın sonuncu bəyanatının R.Koçaryana aid edilmədiyini bildiriblər.
Qeyd edək ki, çıxışlarından birində N.Paşinyan "sabiq prezidentlər cinayətləri təşkil etməkdə ittiham olunurlarsa, onların toxunulmazlığı barədə danışıla bilməz" demişdi. Bundan sonra, R.Koçaryan şərəf və ləyaqətinin alçaldılması ilə bağlı məhkəmədə baş nazirə qarşı iddia qaldırmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31