General prezident Zelenskiyə qarşı çıxdı: Əmri yerinə yetirməyin

General prezident Zelenskiyə qarşı çıxdı: Əmri yerinə yetirməyin

Ukrayna ordusunun Donbas üzrə əməliyyatlarının komandanı Aleksandr Sırski orduya prezident Vladimir Zelenskinin göstərişini icra etməmək əmri verib.
 
Bu iddia ilə Luqansk separatçılarının nümayəndəsi Yakov Osadçi çıxış edib.
"Ukrayna ordusunun generalı Oleq Mikats qapalı toplantılardan birində general Sırskinin hərbçilərə Zelenskini dinləməmək və əməliyyatları davam etdirmək təlimatını verdiyini bildirib", - Osadçi vurğulayıb.
Osadçi bildirib ki, həmin toplantıdan sonra 54-cü diviziyanın komandanı polkovnik Aleksey Maystrenko Luqanska təxribat və kəşfiyyat qruplarının göndərilməsi ilə bağlı təlimat alıb.
Qeyd edək ki, V.Zelenski Donbas bölgəsində sülhü təmin etmək üçün əlindən gələni edəcəyini açıqlamışdı.

Zelenskiyə mesaj: Qanunu dəyişsən, devirəcəyik!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31