Zelenskiyə mesaj: Qanunu dəyişsən, devirəcəyik!
Zelenskiyə mesaj: Qanunu dəyişsən, devirəcəyik!
1 İyun 2019 11:22 DünyaƏgər əvvəl qəbul edilən Ukrayna dili haqqında qanun ləğv edilsə, Zelenski hakimiyyəti devriləcək.
Bunu Ukrayna Baş nazirinin müavini Pavel Rozenko deyib. Rozenko Zelenskiyə Viktor Yanukoviçin taleyini xatırladıb və onun da Rusiyaya qaçacağını söyləyib.
Qeyd edək ki, bundan öncə Ukraynada qəbul edilən dil haqqında qanuna əsasən, ölkənin bütün sferalarında yalnız Ukrayna dilinin istifadəsi icbariləşdiriləcək. Bu qanun Ukraynada bir sıra şəxslərdə, o cümlədən, prezident Zelenskidə narazılıq yaradıb. O, tezliklə bu qanunu yenidən nəzərdən keçirəcəklərini bildirib.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31