İstanbulda yanğın – ölən və yaralananlar var
İstanbulda yanğın – ölən və yaralananlar var
27 May 2019 12:54 DünyaTürkiyənin İstanbul şəhərinin Kadıköy ilçəsində Fikirtepe məhəlləsindəki yaşayış binalarından birində yanğın baş verib.
Olaylar.az bildirir ki, yanğın səhər saatlarında binanın damında meydana gəlib.
Sürətlə böyüyən yanğın ətrafdakı binalara da yayılıb.
Hadisə zamanı iki nəfər həyatını itirib, bir neçə nəfər tüstüdən zəhərlənib.
Yanğın qısa müddətdə lokallaşdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31