Bu ölkədə şok: Prezident seçkisinə namizəd tapılmadı

Bu ölkədə şok: Prezident seçkisinə namizəd tapılmadı

Əlcəzairdə iyulun 4-də keçiriləcək seçkilərdə namizədlik üçün zəruri olan sənədləri heç bir namizəd vaxtında təqdim edə bilməyib.

Sənədlərin təqdim edilməsi üçün son gün mayın 25-i təyin edilib. Lakin 70-ə yaxın namizədin müraciətinə baxmayaraq bunlardan heç biri vaxtında sənədlərini təqdim etməyib. Sözügedən vəziyyət seçkilərin təxirə salınmasına səbəb ola bilər.

Qeyd edək ki, yerli mətbuat seçkilərin bu cür boykot edilməsini nadir nümunə adlandırıb.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31