Zelenski defolt elan etməlidir - Kolomoyski
Zelenski defolt elan etməlidir - Kolomoyski
26 May 2019 17:40 DünyaUkrayna Prezidenti Vladimir Zelenski defolt elan etməli və Beynəlxalq Valyuta Fonduna borcunu qaytarmamalıdır.
Bu barədə İqor Kolomoyski "Faynənşl Tayms" nəşrinə danışıb.
"Biz öz kreditorlarımıza Yunanıstanda olduğu kimi yanaşmalıyıq. 2015-ci ildə Afina kreditorlarla toqquşdu və BVF-yə borcunu qaytarmayan ilk ölkə oldu. Argentinada neçə dəfə defolt olub? Hər şeyi yenidən qurdular. Hər şey qaydasındadır", - Kolomoyski bildirib.
Kolomoyski Qərbə qulaq asaraq öz qərarlarını qəbul etməyəcəyi halda Zelenskinin sonunun Poroşenko kimi olacağını qeyd edib.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31