Tələbə qıza sataşan 40 yaşlı kişini küçənin ortasında döydülər
Tələbə qıza sataşan 40 yaşlı kişini küçənin ortasında döydülər
26 May 2019 17:01 DünyaTürkiyənin Ərzurum şəhərində tələbə qızın fotosunu çəkən şəxs küçənin ortasında döyülüb.
Ərzurumdakı Atatürk universitetində təhsil alan 18 yaşlı qız qəfil qışqırmağa başlayıb. Qız yaxınlıqdakı şəxsə "Şəklimi niyə çəkirsən?", deyə bağırıb. Bunu görən digər şəxslər hadisə yerinə gəliblər və qızın şəklini çəkən 40 yaşlı kişini tutublar. Onlar həmin şəxsi vəhşicəsinə döyməyə başlayıblar.
Hadisə yerinə gələn polis 40 yaşlı kişini linç edilməkdən son anda xilas edib.
publika
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31