Türkiyədə oteldə dəhşətli hadisə - ÖLƏNLƏR VAR
26 May 2019 15:26 DünyaTürkiyənin Bursa şəhərində yerləşən otellərdən birində bədbəxt hadisə baş verib.
Şəhərin Osmanqazi məhəlləsində yerləşən oteldə yuxarı mərtəbələrin pəncərələrinin silinməsi üçün səbətli qaldırıcı krana alxan 2 işçi kranın aşması nəticəsində ölüb. 50 metr hündürlükdən yerə çırpılan Adil Demir və Soner Oğzu adlı təmizlikçilər hadisə yerindəcə keçinib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31