Qarabağda Ermənistan ordusuna BÖYÜK ŞOK: 5 ölü, 2 ağır yaralı

Ermənistan ordusunun təlimi faciə səbəbi ilə yarımçıq dayandırılıb.

Publika.az-ın xəbərinə görə, bu gün işğalçı ordunun 10-cu dağ atıcı diviziyasının tərkibində yerləşən 41-ci artilleriya alayının 1-ci diviziyonunda 152 mm-lik D-20 topu partlayıb.

Təlim zamanı baş verən partlayış nəticəsində 3 əsgər, 2 zabit həlak olub. Bir yüksək rütbəli zabit və bir gizir ağır yaralanıb.

Partlayış Ağdam rayonunun işğal altında olan Uzundərə adlanan ərazisində baş verib və hadisədən sonra hərbi təlimlər dayandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31